Moskvaya qarşı ekstraterritorial embarqo: kimsə cəzadan yayına bilməyəcək

Moskvaya qarşı ekstraterritorial embarqo:

Yeni paket fiziki və hüquqi şəxsləri, təşkilatları və şirkətləri “qara siyahı”ya salmağa imkan verir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ekstraterritorial sanksiyalar tətbiq edəcək. Yeni sanksiyalar paketi Aİ-yə Aİ sanksiyalarından yan keçməyə kömək edən şəxsləri “qara siyahı”ya salmağa imkan verəcək.

Ekstraterritorial aspektin tətbiqi Aİ-nin sanksiyalar siyasətində böyük dəyişikliyi göstərir.

İttifaq Rusiyaya qarşı Avropa sanksiyalarından yan keçməyə kömək edən, Aİ daxilində və xaricində şəxsləri mühakimə etmək üçün ona geniş səlahiyyətlər verən yeni sanksiyalar paketi hazırlayıb. “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər verir ki, ötən həftə qəbul edilmiş bu paket fiziki və hüquqi şəxsləri, təşkilatları və şirkətləri “qara siyahı”ya salmağa imkan verir.

Agentliyin qeyd etdiyi kimi, sanksiyalar mexanizminə həm fiziki şəxsləri, həm də bütöv şirkətləri, hətta Aİ-nin yurisdiksiyasından kənarda cəzalandırmağa imkan verən ekstraterritorial aspektin tətbiqi Avropa İttifaqının siyasətində böyük dəyişiklikdən xəbər verir. Bundan sonra cərimələr, məsələn, qadağan olunmuş Rusiya mallarını üçüncü ölkə vasitəsilə Aİ-yə idxal edən, əsl mənşə ölkəsini gizlədən şəxslərə və ya qadağan olunmuş malları Rusiyaya ixrac edənlərə tətbiq edilə bilər.

Məlumatlı mənbələrdən verilən məlumata görə, yeni sanksiyalar mexanizmi potensial olaraq başqalarına məhdudiyyətlərdən yayınmağa kömək edən Aİ ölkələrinin vətəndaşlarına qarşı cəza tədbirlərinin tətbiqinə imkan verəcək.

(DW)