Afrika II Elizabeti necə xatırlayır: sevgi, qəzəb, mərhəmət

Afrika II Elizabeti necə xatırlayır: sevgi, qəzəb, mərhəmət

“O, taxta çıxanda yüz milyonlarla təbəəni miras aldı - hansıların ki, çoxu bu imperiyanın bir hissəsi olmaq istəmirdi”

Kraliça II Elizabetin vəfatı bütün dünyada başsağlığı axınına səbəb olub. Afrika liderləri onun 70 illik hakimiyyəti dövründə qitəyə tez-tez səfərləri ilə bağlı xatirələrini bölüşüblər. Lakin monarxın ölümü həm də müstəmləkə keçmişi və ingilisdilli Afrika haqqında səmimi söhbətlərə səbəb olub.

“Euronews”un əməkdaşı Helen Humphrey ilə “Africanews”un jurnalisti Lorian Vufo Kahn arasında dialoq:

Helen Humphrey: “Bu gün bizimlə olmağınız çox gözəldir. Nigeriya və Keniya prezidentləri kimi siyasətçilərin onun haqqında bir simvol kimi danışdıqlarını və başsağlığı ifadə etdiklərini eşitmişik. Amma təbii ki, bir çox başqa reaksiyalar da var. Və bilirik ki, afrikalılar da müstəmləkəçilik dövründə baş verən faciələrdən açıq danışırdılar. Bu barədə bizə ətraflı məlumat verin”.

Lorian Vufo Kahn: “Həqiqətən də, Kraliçanın 8 sentyabrda vəfatından sonra biz qarışıq hisslər keçirdik. İnsanlar bəzi liderlərin laqeydliyindən tutmuş adi afrikalıların ən dərin başsağlığına qədər müxtəlif emosiyalar yaşadılar. Lakin elələri də var idi ki, qəzəblərini ifadə edərək, Britaniya İmperiyasının müstəmləkə keçmişini xatırladılar. Çünki Kraliça II Elizabet taxta çıxanda yüz milyonlarla təbəəni miras aldı, hansıların ki, çoxu bu imperiyanın bir hissəsi olmaq istəmirdi”.

Helen Humphrey: “Deməli, o, dekolonizasiyadan Birliyin yaranmasına qədər dövlət başçısı olub. Bu, necə qarşılanıb?”.

Lorian Vufo Kahn: “Əlbəttə, bəzi afrikalılar Kraliçanı müstəmləkəçilikdən konstitusiya monarxiyasına, daha sonra isə respublikalara keçdiyi üçün təriflədilər. Amma eyni zamanda, Britaniya İmperiyasının son dövrlərində Kraliçanın ölkəni idarə etdiyini unutmaq olmaz. Və beləliklə, məsələn, 1950-ci illərin sonunda Keniyada Mau Mau üsyanı Britaniya müstəmləkə qoşunları tərəfindən çox vəhşicəsinə yatırıldı və 2013-cü ildə bu üsyandan sağ çıxanlar Britaniya hökumətindən təzminat aldılar.Və bu hökumət Britaniya monarxiyasını, əlahəzrətləri təmsil edirdi. Bütün bunlar bu insanların keçmişin cinayətini tanımasının nə qədər vacib olduğundan xəbər verir”.

Helen Humphrey: “Həqiqətən, o, monarx rolundan əlavə, həm də Anqlikan Kilsəsinin rəhbəri idi. Bu, möminlər üçün bu qədər vacib idimi?”

Lorian Vufo Kahn: “Bəli, o, Dinin və Afrika Anqlikanlarının Müdafiəçisi idi. Onlar onu və onun Pasxa və Milad mesajlarını həmişə xatırlayacaqlar, çünki bu, onlara ümid verdi və imanlarını davam etdirməyə imkan verdi. O, bir model roli idi. O, imanından utanmırdı və bu, ona kömək etdi, həyatını dəyişdirdi, ətrafındakı insanları sevməyə və onlara xidmət etməyə kömək etdi”.

(Euronews)