Etirazçıları dəstəkləyən iranlı aktrisa azadlığa çıxdı
Əlidusti dəfələrlə sosial şəbəkədə etirazçıları müdafiə edib
Ötən ilin dekabrında İranda anti-hökumət əhval-ruhiyyəsini dəstəkləmək ittihamı ilə həbs edilən aktrisa Təranə Əlidusti çərşənbə günü girov müqabilində azadlığa buraxılıb.
İranlı kino ulduzu “Instagram”da etirazçılardan birinin edam edilməsi ilə bağlı paylaşım etdikdən sonra saxlanılıb. Əlidusti orada beynəlxalq təşkilatları İran hakimiyyətinin hərəkətlərinə reaksiya vermədiklərinə görə tənqid edib.
Ölkədə kütləvi etirazlar başlayandan sonra Əlidusti dəfələrlə sosial şəbəkədə etirazçıları dəstəkləyib. Yazılardan birinə İranda qadınlar üçün məcburi olan hicabsız foto əlavə edib.
Qeyd: hicab taxmaq İslam İnqilabından dörd il sonra - 1983-cü ildə bütün İran qadınları üçün məcburi oldu.
Xatırladaq ki, ötən ilin sentyabr ayında yanlış hicab geyindiyi iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı bütün ölkə boyu etirazlar başlayıb.
(Euronews)