“Qiyamət Saatı” 10 saniyə geri çəkildi – SOS
Qlobal fəlakətin astanasındayıq?
Alimlər deyirlər ki, “Qiyamət Saatı” on saniyə geri çəkilib və indi gecə yarısına 90 saniyə qalmışı göstərir - bu, görünməmiş təhlükə vaxtıdır. Saatın gecə yarısı qlobal nüvə kataklizmini simvollaşdırır və ox yaxınlaşdıqca, nüvə mütəxəssislərinin fikrincə, dünya fəlakətə daha yaxındır. Əqarəblərin dəyişməsi çərşənbə axşamı Vaşinqtonda canlı yayımlanıb.
Bu saat 1947-ci ildə ilk atom bombasını yaradanların layihəsi kimi ortaya çıxdı, onun əqrəblərinin oxunuşları vaxtaşırı Çikaqo Universitetinin “Atomçu Alimlər Bülleteni” jurnalının üz qabığında dərc olunur. Oxların necə dəyişəcəyinə jurnalın Direktorlar Şurası və dəvət olunmuş ekspertlər, o cümlədən ondan çox Nobel mükafatı laureatı qərar verir.
Tarixi boyu saatın əqrəbləri cəmi 25 dəfə öz yerini dəyişib. Gecə yarısına 90 saniyə qalmış indiki yerdəyişmə, saatın indiyə qədər bildiyi fəlakətə ən yaxın olanıdır. Alimlərin fikrincə, bu, tamamilə olmasa da, əsasən Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.
"Biz görünməmiş təhlükə anında yaşayırıq və Saat bunu əks etdirir. Gecə yarısına 90 saniyə, Saatın indiyə qədər göstərdiyi kataklizmə ən yaxın vaxtdır və bu, bizim mütəxəssislərin çox ciddi qəbul etdiyi qərardır", - deyə jurnalın rəhbəri Reyçel Bronson izah edir.
Əqrəb sonuncu dəfə 2020-ci ildə hərəkətə gətirilmiş, o zaman gecə yarısına 100 saniyə qalmışdı.
Qərarı müşayiət edən Akademik Şuranın bəyanatında deyilir: "Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərin necə qarşılıqlı əlaqədə olması, müxtəlif qlobal risklərə uğurlu cavabların əsasında duran beynəlxalq davranış normalarını aşındırması ilə bağlı ciddi suallar yaradıb. Ən pisi isə Rusiyanın nüvə silahından istifadə ilə bağlı incə pərdələnmiş təhdidləridir - silahlar dünyaya xatırladır ki, münaqişənin kəskinləşməsi - təsadüfən, qəsdən və ya səhv hesablama nəticəsində olsa da, dəhşətli riskdir".
Mütəxəssislər vurğulayırlar ki, Rusiyanın işğalı nəticəsində Çernobıl və Zaporojye nüvə reaktorları beynəlxalq protokolları pozaraq faktiki olaraq döyüş zonasına düşüb və bu, radioaktiv materialların geniş miqyasda buraxılması təhlükəsi yaradır.
"Münaqişənin nəzarətdən çıxma ehtimalı yüksək olaraq qalır", - alimlər deyirlər.
Rusiyanın dövlət xəbər agentliyi olan TASS jurnalistinin Qərbin Ukraynaya silah satışının silahlara nəzarətə və nüvə müharibəsi risklərinə necə təsir etdiyi ilə bağlı sualına Merilend Universitetinin professoru Stiv Fretter deyib ki, ABŞ və Rusiya nüvə müharibəsindən qaçmaqda və nüvə müharibəsinin qarşısını almaqda maraqlıdırlar.
“ABŞ-ın Ukraynaya hərbi yardımı bu səyləri çətinləşdirə bilər, lakin... Məncə, nüvə müharibəsi, nüvə silahlarının yayılmasının uzunmüddətli riskləri baxımından Ukraynanın işğala müqavimət göstərə bilməsi və Rusiya qüvvələrini geri çəkə bilməsi baxımından vacibdir. Bu işdə Ukraynaya dəstək olmaq üçün mümkün olan hər şeyi edilməlidir”, - deyə Fretter izah edib.
1953-cü ildə “soyuq müharibə”nin qızğın vaxtında saat gecə yarısına 2 dəqiqə qalmışı göstərirdi. Sonra 1962-ci ildə Karib böhranı zamanı təhlükəli vəziyyət yarandı, lakin sonra hər şey kifayət qədər tez həll olundu və Saatın reaksiya verməyə vaxtı olmadı.
Alimlər qeyd edirlər ki, Rusiya ilə ABŞ arasında qalan sonuncu nüvə silahı müqaviləsi - START-3 nüvə silahlarının azaldılması müqaviləsi təhlükə altındadır.
Ekspertlərin bəyanatında deyilir: “Hər iki tərəf danışıqları bərpa etməsə və daha da ixtisar üçün əsas tapmasa, müqavilənin müddəti 2026-cı ilin fevralında başa çatacaq. Bu, nüvə mübadiləsi sahəsində qarşılıqlı müşahidəni ləğv edir, etimadsızlığı artırır, silahlanma yarışına təkan verir və müharibə ehtimalını artırır”.
Ukraynadakı müharibə ilə yanaşı, alimlər Çinin nüvə potensialını kütləvi şəkildə genişləndirməsini, həmçinin Şimali Koreyanın orta və daha uzun mənzilli raketlərin sınaqlarını intensivləşdirməsini, İranın bu sahədə böyüməsini və Hindistanda nüvə arsenalı silahlarının inkişafını xüsusilə narahatedici hesab edirlər.
(BBC)