Yarımçıq tabut
Rus əsgərlərin tabutlarını zibilliyə atan şəxslər axtarılır
“Bu hərəkətlə bağlı duyğuları təsvir etmək çətindir. Bu insanların ürəyi varmı?”
Rusiya polisi Belqorodda ölü əsgərlərin cəsədlərinin təhvil verildiyi sink tabutları zibil qutusuna atan dəfn xidmətinin əməkdaşlarını axtarır. Mer Anton İvanovun sözlərinə görə, axtarışlar bir neçə gündür davam edir.
Bir neçə sink tabutunun tapılması barədə daha əvvəl yerli sakinlər sosial şəbəkələrdə məlumat vermişdilər. Şəkillərdən görünür ki, tabutlar yerdəki zibillərin arasındadır. Görünür, ölənlərin yaxınları dəfn üçün başqa tabutlar aldıqdan sonra onlar lazımsız olub.
“Bu hərəkətlə bağlı duyğuları təsvir etmək çətindir. Bu insanların ürəyi varmı? Sizi və məni qorumaq üçün canlarını verən qəhrəmanlara qarşı belə dəhşətli etinasızlıq göstərmək olarmı?”, - deyə Anton İvanov “Telegram” kanalında yazıb.
Merin sözlərinə görə, cinayəti törədənlər bundan sonra həlak olan əsgərlərin vida mərasimlərinin təşkilində iştirak etməyəcəklər. O, günahkarların qanun çərçivəsində hansı cəzaya məruz qala biləcəyinə məhkəmənin qərar verəcəyinə əmin olduğunu bildirib.
(Kommersant)