Yeni Kralın təsviri ilə sikkələr təqdim olundu

Yeni Kralın təsviri ilə sikkələr təqdim olundu

“Kral III Çarlz mərhum kraliçadan fərqli olaraq, sola - əks istiqamətə baxır”

Böyük Britaniyada Kral III Çarlzın təsviri ilə yeni sikkələr təqdim olunub. Böyük Britaniya Kral Sikkəxanasının direktoru Anne Jessopp bildirib ki, monarxın portreti xüsusi seriyanın bir hissəsi kimi çap edilib.

“Kral Sikkəxanası 1100 ildən artıqdır ki, Böyük Britaniya üçün sikkələr zərb edir. Əslində, hər dəfə monarx dəyişdiriləndə onun portreti ilə yeni sikkə buraxılırdı. Əvvəlcə bu cür sikkələr insanların monarxın əslində necə göründüyünü öyrənməsi üçün yeganə yol idi - o zaman indiki kimi sosial şəbəkələr yox idi. Kral Çarlzın portreti tədricən bütün sikkələrdə görünəcək”, - deyə direktor söyləyib.

III Çarlzın bu şəkli tacqoymadan əvvəl də çap olunurdu, monarx tacsız təqdim olunur. Portret 5 funt və 50 penslik nominal sikkələr üzərində görünəcək.

Kral Sikkə Muzeyinin direktoru Kevin Klansi: “Kral III Çarlz mərhum kraliçadan fərqli olaraq, sola - əks istiqamətə baxır. Yazıda, portretin ətrafındakı sözlərdə deyilir: “III Karl, Allahın lütfü ilə, Kral, inancın müdafiəçisi”. Tarix də göstərilir. Bu elementlərin hamısı çox-çox ənənəvidir”.

Yeni sikkələrin dövriyyəyə buraxılacağı seriya sentyabrın 8-də 96 yaşında vəfat edən Kraliça II Elizabetin həyat və irsinə həsr olunub.

(Euronews)