“Georgi lenti”ni təhqir edənlər həbs ediləcək

“Georgi lenti”ni təhqir edənlər həbs ediləcək

“Müqəddəs Georgi lenti” Rusiya Federasiyasının hərbi şöhrətinin rəsmi simvolu olacaq

Rusiya Federasiyasının Dövlət Duması “Georgi lenti”ni hərbi şöhrət rəmzləri ilə eyniləşdirən və onları ictimai təhqirə görə beş milyon rubla qədər cərimə və ya beş ilədək müddətə həbs cəzasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qanun layihəsinin müəlliflərinin daha əvvəl məlumat verdiyi kimi, sənəd qəbul olunarsa, “Müqəddəs Georgi lenti” Rusiya Federasiyasının hərbi şöhrətinin rəsmi simvolu olacaq. Mövcud qanuna görə, hərbi şöhrət rəmzinin ictimai şəkildə təhqir edilməsinə görə hüquqi şəxs üç milyondan beş milyon rubla qədər cərimə, fiziki şəxs isə üç milyon rubla qədər cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan əlavə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin nasizmin reabilitasiyasına dair 354.1-ci maddəsinə əsasən, bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq və ya internetdə törədilmiş eyni hərəkətlər iki milyondan beş milyon rubla qədər cərimə və ya beş ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(kp.ru)