Valideynlərini döyə-döyə öldürən şəxs: “Oraya qayıtmaqdan qorxuram”
“Bu alçaq adamları cəzalandırmağı düzgün hesab edirəm. Rusiyaya qayıtdıqdan sonra məni yenidən psixiatriyaya soxacaqdılar”
Türkiyənin Antalya şəhərində valideynlərini çəkiclə döyüb öldürən russiyalı kişi etiraf videosu çəkib. Bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Xatırladaq ki, hadisə sentyabrın 18-nə keçən gecə Türkiyənin Antalya bölgəsinin Manavqat şəhərindəki otellərdən birində baş verib. Dmitri valideynləri ilə mübahisə etdikdən sonra, əvvəlcə çəkiclə 62 yaşlı atasına hücum edib. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha sonra o, 64 yaşlı anasını döyərək məftillə boğub.
Yaşlıları otel işçiləri aşkar edib, təcili yardım və polis çağırıblar. Qadını xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.
Qatilin dediyinə görə, atası bütün həyatı boyu ona zülm etdiyi üçün etdiyi əməldən peşman deyil. Daha sonra ailə onu ruhi xəstəxanaya yerləşdirib.
Dmitrinin dediyinə görə, valideynləri nənəsindən miras qalan müəyyən bir "gücünü" ondan almaq istəyirdilər. Onun sözlərinə görə, həmin güc əşyaları cəlb etməkdən ibarət olub.
“Bu alçaq adamları cəzalandırmağı düzgün hesab edirəm. Rusiyaya qayıtdıqdan sonra, onsuz da məni yenidən psixiatriyaya soxacaqdılar. Mən isə oraya qayıtmaqdan qorxuram”, - deyə o bildirib.
(Rambler)