“Axmaq, sən rus ordusunu gözdən salırsan” - FOTO

“Axmaq, sən rus ordusunu gözdən salırsan” -

Məhşur tiktoker Rusiyadan deportasiya ediləcək

Moskva məhkəməsi rus əsgərinin parodiya videosu ilə Təhlükəsiz İnternet Liqasını qəzəbləndirən məşhur tiktoker Nekoqlayanın ölkədən çıxarılmasına qərar verib. KİV-in məlumatına görə, Moldova vətəndaşı olan bloger immiqrasiya qanunlarını pozmaqda təqsirli bilinib.

Moskva məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatına görə, Presnenski məhkəməsi Nekoqlayanı  Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsi (federal əhəmiyyətli bir şəhərdə xarici vətəndaş tərəfindən Rusiyaya giriş və ya Rusiyada qalma rejiminin pozulması) ilə təqsirli bilib.

Məhkəmə deportasiya edilən şəxsin hansı ölkənin vətəndaşı olduğunu dəqiqləşdirmədən blogeri “Rusiya Federasiyasından inzibati qaydada deportasiya etməklə, məcburi köçürməklə” 5000 rubl cəriməyə məhkum edib.

Əsl adı Nikolay Lebedev olan tiktokerin həbsi çərşənbə günü səhər məlum olub. "Onu saxlayıblar, vəkili var, hələ ki, daha heç nə deyə bilmərəm", - deyə "Invite" agentliyinin rəhbəri (blogerin maraqlarını təmsil edən) Roberto Pançvidze RBC-yə bildirib.

RBC-nin məlumatına görə, gənc oğlan Moskva şəhəri ərazisində saxlanılıb. “Mash” adlı “Telegram” kanalı yazıb ki, Nekoqlayın üstündə pasport olmayıb və şəxsiyyəti dəqiqləşdirilənə qədər polisə aparılıb.

“REN TV” kanalı da öz növbəsində Moldova vətəndaşı olan tiktokerə qarşı immiqrasiya qanunlarını pozma maddəsi ilə inzibati protokol tərtib edildiyini bildirib. Kanalın mənbəsi iddia edib ki, Lebedev gecəni Presnenski rayonundakı polis şöbəsində keçirəcək və cümə axşamı, noyabrın 10-da onun işinə məhkəmə baxmalıdır.

Parodiyadan sonra həbs

Noyabrın 7-də Nekoqlay “TikTok”da rus əsgərinin səngərdə uzanaraq üzərinə pilotsuz təyyarə ilə atılan iki qumbaranı geri fırladan məşhur videosunun parodiyasını yerləşdirib. Bloger öz videosunda Boney M-in “Rasputin” mahnısının müşayiəti ilə əsgərin hərəkətlərini təkrarlayıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina blogerdən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət edəcəyini bildirərək, Nekoqlayın videosuna diqqət çəkib: "Milyonçu bloger Nekoqlay dünən Ukrayna Silahlı Qüvvələrinin qumbaraatanları ilə pilotsuz təyyarənin hücumuna iki dəfə qəhrəmancasına dəyən əsgərimizin şücaətini ələ saldığı videonu çəkib və yerləşdirib. Axmaq tiktoker yəqin ki, bunun gülməli məzmun olduğunu düşünür. Təbii ki, şəhərdə isti mənzildə olmaq və səhərdən axşama qədər axmaq videolar çəkməklə səngərdə olan adamın nələr keçirdiyini anlamaq çətindir”

Mizulinanın fikrincə, Nekoqlayın videosunda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.3-cü maddəsi (Rusiya ordusunu gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) üzrə cinayət əlamətləri var.

Tiktoker cavab olaraq videonun lağ etmədiyini, əksinə, hərbçini təriflədiyini bildirib.

(BBC)