Rusiya START-a stop verdi

Rusiya START-a stop verdi

Moskva Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırır

Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırır. “Avronews” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində deyib.

Kreml rəhbəri ölkəsinin START-dan çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.

Xatırladaq ki, daha əvvəl NATO Rusiyanın START-ın şərtlərinə əməl etmədiyini bildirmişdi.