Boris Consondan gözlənilməz qərar
Baş nazir postundan getməyəcəyini bəyan edirdi
Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən istefa vermək qərarına gəlib. “Avronews” xəbər verir ki, Consonun bu gün məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Məlumata görə, Mühafizəkarlar Partiyasının liderləri ilə danışıqlardan sonra, son günlər böyük təzyiqlərə məruz qalan Conson, bütün basqılara baxmayaraq, postundan getməyəcəyini bəyan edirdi.
Xatırladaq ki, Conson hökumətindən bir neçə gün ərzində 50-dən çox nazirin istefa verməsinə baxmayaraq, ölkənin Baş naziri dünən postunu tərk etməyəcəyini açıqlamışdı.
Conson oktyabrda keçiriləcək seçkidə hakim partiyanın yeni rəhbəri seçilənə qədər Baş nazir vəzifəsini davam etdirəcək.
(ITV News)