Moskva təminat verməsəydi, Bayden Kiyevə getməyəcəkdi?
Ağ Ev rəhbərinə Volodimir Zelenski ilə Polşa-Ukrayna sərhədinə yaxın Lvov şəhərində görüşməyi təklif ediblər
Rusiya rəsmiləri ard-arda açıqlama verirlər ki, onlar Kiyevə getməsi üçün ABŞ Prezidenti Co Baydenə təhlükəsizlik təminatı veriblər. Yəni demək istəyirlər ki, Bayden Kiyevdə olduğu saatlarda Ukraynanın paytaxtına zərbə endirməyəcəkdilər.
Bu açıqlamalar Baydeni aşağılamaq məqsədi daşıyır. Guya Kreml təhlükəsizlik təminatı verməsəydi, ABŞ Prezidenti Kiyevə ayağını basmayacaqdı.
Əlbəttə, Co Bayden Kiyevə gəlmədən öncə ABŞ kəşfiyyat strukturları Prezidentin təhlükəsizliyi üçün bütün tədbirləri görüblər.
Ancaq Kremlin təhlükəsizlik təminatına inanmaq olarmı? Baydenə ukraynalı həmkarı Volodimir Zelenski ilə Polşa-Ukrayna sərhədinə yaxın Lvov şəhərində görüşməyi təklif ediblər. O, bu təklifi rədd edərək Kiyevə gedib.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”