Avstraliya Britaniya monarxiyasından imtina etmək istəyir, amma...

Avstraliya Britaniya monarxiyasından imtina etmək istəyir, amma...

“Yaşıllar”ın lideri aborigen xalqlarla razılaşmaya və respublika qurmağa çağırıb

III Çarlz rəsmi olaraq Avstraliya kralı oldu. Ölkə parlamentində keçirilən mərasimdə bəyannamənin mətnini tacı təmsil edən general-qubernator David Hurley oxuyub.

23 il əvvəl referendumda avstraliyalıların konstitusiya monarxiyasının qorunub saxlanılmasını dəstəkləməsinə baxmayaraq, cəmiyyətin bir hissəsi respublika inancına sadiqdir. II Elizabetin ölümündən dərhal sonra “yaşıllar”ın lideri aborigen xalqlarla razılaşmaya və respublika qurmağa çağırıb.

Yayın əvvəlində, Kraliçanın “Platin Yubiley”i üçün qeyd etmələr zamanı, leyborist Baş nazir Entoni Albaniz Respublikaya Keçid üzrə Müşavir təyin etdi. Ötən bazar günü siyasətçi Britaniya tacının nominal gücündən mümkün çıxışı şərh edib:

“Bu məsələ ilə bağlı fikirlərim hamıya məlumdur. Amma indi hökumətin formasını müzakirə etməyin vaxtı deyil. Kraliça Elizabetə hörmət edirik. O, layiqli həyat sürdü. Kral III Çarlzın dövlətimizin başçısı elan edilməsini qeyd edəcəyik. Bu, bizdə olan idarəetmə sistemidir və mən hökumət başçısı kimi ona hörmət etməyə borcluyam”.

Bazar günü Vellinqtonda keçirilən mərasimdə III Çarlz rəsmi olaraq həm də Yeni Zelandiyanın Karlı  elan edildi. Baş nazir Casinda Ardernin sözlərinə görə, ölkə xalqı II Elizabetin varisinin Yeni Zelandiyalılara göstərdiyi daimi qayğını yüksək qiymətləndirir.

(Euronews)