Almanlar qorxu içində: “30 ildə yaratdığımız hər şey çökə bilər”

Almanlar qorxu içində: “30 ildə yaratdığımız hər şey çökə bilər”

Ukraynadakı müharibənin Şərqi Almaniyanın inkişafına zərbə vuracağı narahatlığı var

Şərqi Almaniya federal əyalətlərinin Baş nazirləri Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində yaranan enerji böhranının Almaniyanın birləşməsindən sonra Almaniyanın şərqindəki torpaqların bərpası istiqamətində əldə edilən irəliləyişə təhlükə yaradacağından ehtiyat edirlər. Oktyabrın 3-də Erfurtda keçirilən mərasimdə Brandenburq və Saksoniya-Anhaltın Baş nazirləri Dietmar Woidke və Reiner Haseloff Almaniya xalqını sosial birliyə çağırıblar.

Woidke “Rheinische Post” nəşrinə deyib ki, bir çox Şərqi Almaniya sakinləri “mövcud vəziyyətdən böyük narahatlıqla qorxur və otuz il ərzində əziyyətlə qurduqları hər şeyin çökəcəyindən qorxurlar”.

Haseloff eyni nəşrə söyləyib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi şərq torpaqlarının bərpasının uğurunu da təhlükə altına qoyur. Lakin onun fikrincə, xüsusilə çətin anlarda almanlar bir-birinə qarşı yönəldilmələrinə imkan verməməlidirlər: “Bu gün həmrəylik və icma ruhu hər zamankından daha vacibdir”.

Saksoniyanın baş naziri Mixael Kretçmer (Michael Kretschmer) “Redaktionsnetzwerks Deutschland” qrupunun nəşrlərinə müsahibəsində şərq və qərb torpaqlarında, o cümlədən Ukraynadakı müharibə ilə bağlı fikir ayrılığına dözümlü olmağa çağırıb: “Bu müharibə almanların ümumi yaddaşına ortaq acı təcrübə kimi düşəcək bir hadisə olacaq”.

Türingiyanın mərkəzi Erfurtda Alman Birlik Gününün qeyd edilməsi mərasiminə bir neçə yüz qonaq, o cümlədən Federal Kansler Olaf Şolts və Federal Prezident Frank-Valter Ştaynmayer də qatılıb.

(DW)