Putin oyuncaq tankın üstündə - FOTO

Putin oyuncaq tankın üstündə -

Rusiya Prezidenti müasir incəsənət ustaları üçün mövzuya çevrilib

Nyu-Yorkun Manhetten rayonundakı Mərkəzi Parkın qum meydançasında qeyri-adi instalyasiya quraşdırılıb. Orada Rusiya lideri Vladimir Putin oyuncaq tankın üstündə əks olunub.

Tank üzərində Putin fransız heykəltəraş Ceyms Kolominin əsəridir. Müəllifin fikrincə, uşaq meydançası instalyasiyasında “müharibənin absurdluğu” pislənir və zorakılıq qarşısında “uşaqların cəsarəti” təşviq edilir.

Rusiya Prezidenti uzun müddətdir ki, müasir incəsənət ustaları üçün memlər mövzusu və xarakterinə çüvrilib. 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri ona maraq azalmayıb.

Bu yaz Fransanın Lion şəhərində yoldan keçənlər Sülh Meydanında (place de la Paix) görünən divar freskasının şahidi olublar. "Ork" adlı qraffiti bir neçə aydan sonra səlahiyyətlilər binanın divarını rəngləyərək siliblər.

(Euronews)