Naməlum İvandan gizli mesaj: “Bizi girov saxlayırlar” - FOTO

Naməlum İvandan gizli mesaj: “Bizi girov saxlayırlar” -

Moskva sakini aldığı mebelin qutusundan qəribə bir mesaj tapıb

Moskva sakini, özü də istəmədən, maraqlı bir hadisənin iştirakçısına çevrilib. Ticarət mərkəzlərindən birindən mebel alan şəxs evə gəlib qutuları açan zaman qəribə bir mesaj qarşısına çıxıb.

İvan adlı hansısa bir şəxs qutunun içərisində “Yardım edin! Bizi girov saxlayırlar” yazmışdı. Qutunun üzərindəki yazıdan əlavə qəribə naxış da var idi.

Moskva sakininin aldığı mebel Udmurtiyanın “Votkinsk Sənaye Kompaniyası”nın fabrikində istehsal olunur. Polis naməlum İvanın mesajını yoxlayacaq.

(www.ivbg.ru)