Dünyada 569 milyon nəfərdən çox insan COVID-ə yoluxub

Dünyada 569 milyon nəfərdən çox insan COVID-ə yoluxub

İndiyədək 6 milyon nəfərdən artıq şəxs virus səbəbindən dünyasını dəyişib

Dünyada qeydə alınan koronavirusa (COVID-19) yoluxma sayı 569 023 786 nəfərə çatıb. Bu barədə Cons Hopkins Universitetinin məlumatında deyilir.

Planetimizdə virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19-a yoluxmanın nəticələrindən ölüb.

20 milyondan çox yoluxma halı olan ölkələr sırasında yenə də ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya qərarlaşıb.

(İnterfaks)