Azərbaycanlı “qanuni oğru”nun ölümündə iştirak edən daha iki nəfər saxlanılıb

Azərbaycanlı “qanuni oğru”nun ölümündə iştirak edən daha iki nəfər saxlanılıb

Şübhəli şəxs anasını təhqir etdiyinə görə “oğru”dan qisas aldığını bildirib

2021-ci ilin aprelində Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Don-Sport Scarlet Sails” fitnes klubunda güllələnərək öldürülən Azərbaycan əsilli “qanuni oğru” Alik Rıjının (Əli Heydərov) qətlində iştirak edən şəxslər müəyyənləşdirilib.

Bir qrup şəxs tərəfindən muzdlu adam öldürmə və qanunsuz silah alveri faktı üzrə başlanan işdə Gürcüstan əsilli Namiq Səlifov və Tambovda yaşayan Rövşən Abbasov yeni təqsirləndirilən şəxslər olublar.

Rıjının qətlindən sonra qatil olduğu iddia edilən Azərbaycan əsilli Mətləb Sultanov saxlanılıb. Dindirmə zamanı o, əvvəllər anasını təhqir etdiyinə görə “oğru”dan qisas aldığını bildirib.

(lenta.ru)