Yüz illik qaraciyər transplantasiya olundu
Bu, 100 yaşdan yuxarı şəxsin dünyada ilk orqan transplantasiyasıdır
İtaliyalı həkimlər rekorda imza atıblar. Onlar 100 ildən çox yaşamış adamın qaraciyərini başqa bir şəxsə köçürüblər.
100 yaş 10 aylıq bir qadın beyin qanaması ilə Florensiya xəstəxanasına aparılıb və dərhal sonra dünyasını dəyişib. 24 saat ərzində onun qaraciyəri Pizaya gətirilib və transplantasiya gözləmə siyahısında olan bir xəstəyə köçürülüb.
Əməliyyat Universitet Xəstəxanasında aparılıb. Bu, insana 100 yaşdan yuxarı şəxsin dünyada ilk orqan transplantasiyasıdır.
(Euronews)