Qlobal nüvə müharibəsindən sağ çıxacaq BEŞ ÖLKƏ

Qlobal nüvə müharibəsindən sağ çıxacaq

Onlar sağ qalmaq üçün bütün güclərini kənd təsərrüfatına yönəldəcəklər

Otaqo Universitetinin alimləri nüvə qışından sağ çıxmaq şansı olan 5 ölkənin adlarını açıqlayıblar. “Risk Analysis” jurnalında dərc olunan araşdırmada alimlər nüvə qışı zamanı sağ qalmağın açarının kənd təsərrüfatı olduğunu bildiriblər. Bu sahəni xilas edə bilən ölkə sağ qalacaq.

Elmi məqalədə tədqiqatçılar Rusiya ilə NATO arasında nüvə müharibəsi nəticəsində yaran biləcək sıx tüstü və kül təbəqəsi səbəbindən minimal günəş işığının təsirini qiymətləndiriblər. “RuNews24.ru” yazır ki, bu ssenaridə atmosferin çirklənməsinin səviyyəsi orta hesabla 150 teraqram his təşkil edəcək, bunun sayəsində kənd təsərrüfatı bir neçə il ərzində 80%, Yerin şimal yarımkürəsində isə təxminən 100% öləcək.

Alimlər belə hesablamalar əsasında müəyyən ediblər ki, yalnız beş ada dövlətinin sağ qalmaq şansı var: Yeni Zelandiya, Avstraliya, İslandiya, Vanuatu və Solomon adaları.

Həmin ölkələr öz əhalilərini yaşatmaq üçün kifayət qədər kənd təsərrüfatı məhsullarını müstəqil və ayrıca çoxalda bilirlər.

"Burada şans və qeyri-müəyyənlik elementi var, lakin nüvə qışının dağıdıcı təsirlərinin 5-10 il davam edəcəyi genişmiqyaslı ABŞ-Rusiya nüvə münaqişəsi və daha kiçik regional nüvə münaqişələrinin modelləşdirilməsi tədqiqatları ilə dəstəklənir", - deyə alimlər bildirirlər.

Ümumilikdə, belə bir araşdırmaya mütəxəssislər təxminən 30 il sərf ediblər. Araşdırma yəqin ki, hazırda bir az köhnəlib, çünki son vaxtlar ölkələr yanacaq və digər mühüm məhsulların tədarükündə bir-birindən daha çox asılı vəziyyətə düşüblər.

(potokmedia.ru)