“Biz kimik ki, Alla Puqaçovaya nəsə deyək?!”
“Qalkin iyrənc siçandır! Mən başa düşmürəm ki, insanlar məşhurlaşdıqları ölkəyə necə palçıq ata bilirlər”
Avqustun sonunda Alla Puqaçovanın Rusiyaya qayıtdığı məlum olub. Bu barədə məşhur ailənin yaxın dostu İqor Qulyayev məlumat verib. Divanın qayıdışı mətbuatda böyük səs-küyə səbəb olub. Bu xəbər şou-biznes nümayəndələri tərəfindən də diqqətdən kənarda qalmayıb.
Sənətçinin qayıdışını Sergey Şnurov şərh edib. Leninqrad qrupunun yaradıcısı Alla Borisovnanı "əməkdar adam" adlandırıb. Sergeyin sözlərinə görə, müğənni istədiyini edə bilər: gedə, gələ, danışa, danışmaya...
Musiqiçi vurğulayıb ki, Puqaçovanı hərəkətlərinə görə “töhmətləmək” mümkün deyil: "Axı biz kimik ki, Alla Borisovna Puqaçovaya nəsə deyək?".
Müğənni əlavə edib ki, primadonnanın da bütün ruslar kimi sərbəst hərəkət etmək hüququ var: “Mən Puqaçovanın geri qayıtdığına sevinirəm. Alla Borisovna, gəldiyiniz üçün çox sağ olun”.
Xatırladaq ki, Puqaçova və Qalkin övladları Liza və Harri ilə beş ay əvvəl xaricə gediblər. Əvvəlcə İsraildə məskunlaşan cütlük daha sonra Latviyaya yollanıb. Sənətçilər Yurmalada istirahət etdikləri “Marta” villasını icarəyə götürüblər. Primadonna hələ may ayında Moskvaya payızda gələcəyini bildirmişdi, çünki əkizləri məktəbə aparmaq lazım idi. Sənətçi evə qayıtdıqdan sonra istirahət etdiyini və müalicə aldığını təsdiqləyib.
Ancaq divanın geri qayıtmasına heç də hamı müsbət reaksiya verməyib. Müğənninin əri Maksim Qalkinin xaricdə qalması bəzilərinin xoşuna gəlməyib. Məsələ burasındadır ki, sənətçi 2023-cü ilin mart ayına qədər qastrol təşkil etdiyi üçün xarici şəhərlərə qastrol səfərinə davam edib.
Şoumenin davranışından ilk narazılıqlardan birini Dövlət Dumasının deputatı Vitali Milonov dilə gətirib. Siyasətçi tamaşaçıları parodistin Qərb ölkələrində keçirilən konsertlərinə getməməyə çağırıb.
Eyni zamanda, Vitali Valentinoviç Primadonnanı “krabşəkilli dumanlıq” adlandırıb (parlaq kosmik hadisə - red.), müğənninin inciməməsi lazım olduğunu qeyd edib. Üstəlik, deputat xatırladıb ki, Puqaçova ərindən fərqli olaraq Rusiya haqqında pis danışmayıb: “Onların boşanma vaxtıdır. Qalkin iyrənc siçandır! Mən başa düşmürəm ki, insanlar məşhurlaşdıqları ölkəyə necə “palçıq ata bilirlər”.
Puqaçova özü etiraf edib ki, Qalkin onların ailəsini təmin edir. Yeri gəlmişkən, xaricə getməyin səbəblərindən biri də vətəndə iş tapmaqda problemlər olub. Maksim ilin sonuna qədər bütün reklam müqavilələrinin pozulduğunu və Rusiya şəhərlərindəki tamaşaların da ləğv edildiyini söyləyib.
Nəticədə komedist xaricdə öz tamaşaçısını tapmağı bacarıb. Şoumen artıq Latviya, Türkiyə, Avstraliya, Estoniya və Böyük Britaniyada olub. Onun Gürcüstan, Çexiya, Yeni Zelandiya və digər ölkələrə qastrol səfərləri də var.
Qeyd etmək lazımdır ki, vətənində Maksim ən çox sevilən teleaparıcılardan biri idi. Rusiyada komediyaçı dəfələrlə ən zəngin məşhurların reytinqlərinə daxil olub. “Forbes”ə görə, koronavirus pandemiyasının qızğın vaxtında Qlakin üç milyon dollar qazanıb.
(vokrug.tv)