Bikoviç necə Maqomayevə çevrildi...
O, fərqinə varıb ki, müğənni kameralarla yaxşı işləməyi bilir
Serb aktyoru Miloş Bikoviç Rusiyanın “Birinci Kanal”ında yayımlanan "Maqomaev" serialında baş rolu oynayıb. Media sənətçinin çəkiliş meydançasında necə məşhur müğənniyə çevrildiyini öyrənib.
Ən azı 1,5 saat çəkən mürəkkəb makiyaj Bikoviçin Müslüm Maqomayevə bənzəməsinə kömək edib. Müğənninin məşhur saç düzümünü canlandırmaq üçün qara saçdan və yarımparikdən istifadə ediblər.
Serb aktyor rola hazırlaşarkən məşhur azərbaycanlı müğənni Maqomayevlə müsahibələrə, onun haqqında verilişlərə və sənədli filmlərə baxıb. Bikoviç fərqinə varıb ki, müğənni kameraya yaxşı işləməyi bilir, lakin o, demək olar ki, heç vaxt əsl emosiyalarını heç bir yerdə göstərmirdi. Odur ki, aktyor öz qəhrəmanının duyğusundan çıxış edərək özü nəsə fikirləşməli idi.
(riafan.ru)