“Güclüsənsə, haqlısan”
Moskvanın qərarı başqa istilaçılar üçün böyük “nümunə” yaradacaq
Rusiya Ukraynaya qarşı ağlasığmaz müharibəni, avantüranı davam etdirir. Dünya imperializminin aparıcı dövlətlərindən olan Rusiyanın, onun avantürist başçısı Putinin davranışları beynəlxalq hüququ ayaqlar altına almaqdan başqa bir şey deyil.
Rusiya bundan əvvəl Donetsk və Luqanskın “müsətilliklərini” elan etməklə avantüranın uzun çəkəcəyinin, 2022-ci ilin fevralında müharibəni başlatmaqla, tutduğu ərazilərin özünə birləşdirilməsini rəsmiləşdirməklə bu ağlasığmaz prosesin bitməyəcəyinin anonsunu verdi.
Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə tam şəkildə ilhaq etməklə Rusiya eyni zamanda beynəlxalq münasibətlərdə çox pis bir presedentin, "kimin gücü varsa, digərinin ərazisini tuta bilər" fikrinin daha da oturuşmasına səbəb oldu. Rəsmi Moskvanın bu qərarı Rusiya kimi addım atmaq istəyən ölkələri daha da həvəsləndirmiş olacaq, onlar üçün böyük bir "nümunə" yaradacaq.
Onsuz da dünyada "güclüsənsə, haqlısan" fikri var idi, Rusiyanın bu hərəkəti həmin düşüncənin daha da işlək olmasını sürətləndirəcək. Narahat, gərgin, müharibələr, qovğalar, problemlər, kataklizmlər bitməyən bir dünyada yaşamağa davam edəcəyik...
Müəllif: Mübariz Göyüşlü (siyasi şərhçi)
Mənbə: "Facebook"