Tokayev rəsmən Prezident elan edildi
O, 81,31 faiz səslə seçkilərin qalibi olub
Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev noyabrın 20-də keçirilən prezident seçkilərində səslərin 81,31 faizini toplayaraq qalib gəlib. “Avronews” bu barədə Qazaxıstan mediasına istinadən xəbər verir.
Ölkə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirovun sözlərinə görə, Tokayev seçkilərdə 6 456 392 səs və ya səslərin 81,31 faizini toplayıb. Seçkilərdə iştirak 69,44% təşkil edib.
Prezident seçkilərində ikinci yeri 3,42 faiz səslə “Auıl” partiyasının namizədi Jiquli Dairbayev tutub.