İnsanlar 4 metr enində döngədə sıxışıb öldülər – SEULDA FACİƏ

İnsanlar 4 metr enində döngədə sıxışıb öldülər –

“Küçədə dəhşətli hadisə baş verir, qurbanlar var”

Seul sakinləri İtaevonda keçirilən “Halloween” (Hellouin) şənliyində izdihamda həlak olanların xatirəsinə çiçəklər və şamlar gətirirlər. Son məlumatlara görə, faciə azı 154 nəfərin həyatına son qoyub. Ölənlər arasında 26 əcnəbi, o cümlədən dörd rus qadın, həmçinin ABŞ, Çin, Fransa, Norveç, Qazaxıstan və Özbəkistan vətəndaşları var.

Cənubi Koreya paytaxtının meri Oh Se Hoon Avropaya səfərini yarımçıq kəsərək Seula qayıdıb. "Bu qədər gəncin ölməsi dəhşətlidir", - deyə mer jurnalistlərə açıqlamasında bildirib.

O, dəfn mərasiminin təşkilini öz üzərinə götürəcəyini, həmçinin zərərçəkənlərə müalicə ilə bağlı köməklik göstərəcəyini qeyd edib. Onlarla yaralı şəhər xəstəxanalarındadır.

Seulda xaos

İtaevon metrosu yaxınlığında rekord sayda insan izdihamı ilə bağlı ilk xəbərlər oktyabrın 29-u axşam saatlarında gəlməyə başladı. Bir neçə saat sonra yoldan keçən yüzlərlə insan 4 metr enində döngədə sıxışıb qalıb.

Şəhərin küçələrində nə danışırlar:

- Dostum mənə dedi: küçədə dəhşətli hadisə baş verir, qurbanlar var. Evdən çıxdım və zərərçəkənlərə necə ürək masajı və süni tənəffüs verildiyini gördüm.

- Bu, Koreyada qeyd etdiyim ilk “Hellouin” bayramı deyil, burada həmişə çox insan var, amma əvvəllər belə bir şey olmayıb. Şok və kədər içərisindəyəm. Bu faciə bizimlə əbədidir.

Bazar günü səhər Prezident Yun Sok Yol bir həftəlik matəm elan edib.Yerli medianın məlumatına görə, əksər mağazalar “Hellouin” bəzəklərini pəncərələrindən yığışdırıblar.

(Euronews)