Rusiyalı sahibkar azərbaycanlılara görə cərimələndi
Məhkəmə iş adamına cəza kəssə də, o, özünü təqsirli bilməyib
Tulanın Sovetski Rayon Məhkəməsi fərdi sahibkara qarşı iki inzibati işə baxıb. Tərəvəz-meyvə alveri ilə məşğul olan şəxs əcnəbiləri işə götürməkdə təqsirləndirilir.
19 iyul 2022-ci ildə polis Pervomayskaya küçəsindəki meyvə-tərəvəz dükanında ani yoxlama keçirib. Məlum olub ki, iş adamı təsərrüfat subyektlərində əcnəbi işçilərin payını tənzimləyən fərmanın tələblərini pozaraq, iki Azərbaycan vətəndaşını satıcı kimi işə cəlb edib.
Tulalı işəgötürən özünü təqsirli bilməyib. Məhkəmə ona 1 milyon 600 min rubl - hər bir qanun pozuntusuna görə 800 min rubl məbləğində inzibati cərimə tətbiq edib.
(tulapressa.ru)