Bəzi yollar buz bağlayacaq

Bəzi yollar buz bağlayacaq

Görünüş məsafəsinin 700 m-dək məhdudlaşacağı gözlənilir

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var. “Avronews” bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvarın 1-də ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.