Paytaxt və bölgələrə qar yağacaq

Paytaxt və bölgələrə qar yağacaq

Sabahın hava proqnozu: yollar buz bağlayacaq

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. “Avronews” Milli Hidrometereologiya Xidmətinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.