Faktiki hava
Qar örtüyünün hündürlüyü Altıağacda 7 sm olub
Dekabrın 2-si gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Altıağacda 7 sm, Qaxda 1 sm olub.
Düşən yağıntının miqdarı Lerik, Şamaxı, Ağdam, Göygöl, Lənkəran, Göytəpə, Ağdərə (Ordubad), Şəmkir, Qəbələ, Şabran, Beyləqan, Cəfərxan, Astara, Qobustan, Yardımlı, Altıağac, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Tovuz, Oğuz, Zaqatala, Şəki, Qax, Ağsu, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabadda 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 10.0 mm, Maştağa, Binədə 8.0 mm, Bakıda 7.0 mm, Sumqayıtda 5.0 mm-dək olub.
Bu gün ölkə ərazisində səhər saatlarından başlayaraq yağıntılar kəsilib.