Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 15-16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 12-16°, gündüz 19-23 ° isti , dağlarda 1-6 ° isti, gündüz 6-9° isti olacaq.