Bakıda NATO təlim kursu keçirilir
Kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur
Bakıda NATO-nun "Sülh və təhlükəsizlik naminə elm proqramı" çərçivəsində, Azərbaycan Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün "Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu" keçirilir.
“Avronews” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda praktiki qrup çalışmaları yerinə yetirilir.