Azərbaycanda zəlzələ olub
Hadisə yerli vaxtla saat 20:13-də qeydə alınıb
Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə - Samux rayonunda maqnitudası 3.1-ə bərabər olan zəlzələ baş verib.
“Avronews” bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin məlumatına görə, yerli vaxtla saat 20:13-də qeydə alınan yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss edilməyib.