TDT diaspor nümayəndələri Şuşaya səfər edəcəklər

TDT diaspor nümayəndələri Şuşaya səfər edəcəklər

Şuşa səfərindən öncə Bakıda beynəlxalq forum keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə beynəlxalq forum keçiriləcək. “Avronews” xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Beynəlxalq forum 20 dekabr tarixində Bakıda keçiriləcək. Bundan sonra, dekabrın 21-də TDT üzv ölkələrin diaspor qurumlarının rəhbərləri Şuşaya səfər edəcəklər. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olacaqlar.