BMT-dən Azərbaycana təbrik

BMT-dən Azərbaycana təbrik

Əbədi müstəqillik, əmin-amanlıq və dayanıqlı inkişaf arzulayırıq!

Birləşmiş Millətlər Təşkilat (BMT) Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. “Avronews” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyi "Twitter" hesabında paylaşım edib.

“Birləşmiş Millətlər Təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edir! Əbədi müstəqillik, əmin-amanlıq və dayanıqlı inkişaf arzulayırıq!”, - deyə paylaşımda bildirilir.