““Qisas” əməliyyatı cəza tədbiri idi” – PREZİDENT
İlham Əliyev: “Hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı”
“Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“Avronews” xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində deyib.
“Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq”, - deyə dövlət başçısı bildirib.
Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən Prezident bəyan edib ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.