Müdafiə Nazirliyindən smartfon xəbərdarlığı: iki hərbçi ordu sıralarından çıxarıldı - FOTOLAR

Müdafiə Nazirliyindən smartfon xəbərdarlığı: iki hərbçi ordu sıralarından çıxarıldı -

Hərbi qulluqçuların şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşmaları aşkar edilib

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

“Avronews” bu barədə Müdafiə Nazirliyinin rəsmi açıqlamasında istinadən xəbər verir.

Məlumata görə, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

“Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”, - deyə Nazirlik xəbərdarlıq edib.

Müdafiə Nazirliyindən smartfon xəbərdarlığı: iki hərbçi ordu sıralarından çıxarıldı - Müdafiə Nazirliyindən smartfon xəbərdarlığı: iki hərbçi ordu sıralarından çıxarıldı - Müdafiə Nazirliyindən smartfon xəbərdarlığı: iki hərbçi ordu sıralarından çıxarıldı -