Ağdamın 25 faizi minalardan təmizlənib

Ağdamın 25 faizi minalardan təmizlənib

Vüqar Süleymanov: “Bu il daha 10 min hektardan çox ərazi təmizlənəcək”

“Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib. ötən illər ərzində Ağdam rayonu üzrə 16 min hektardan çox ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib”.

“Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, bu ilin planına uyğun olaraq daha 10 min hektardan çox ərazi təmizlənərək adiyyəti üzrə təhvil veriləcək: “Təxminən Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib. Rayonda artıq bir sıra lahiyələr yekunlaşıb”.