Azərbaycan Parlamentində xüsusi dinləmə keçiriləcək
Dinləmədə Ermənistanın işğalı nəticəsində insan hüquqlarının pozulması məsələləri müzakirəyə çıxarılacaq
Azərbaycan Milli Məclisində (MM) Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək. “Avronews” xəbər verir ki, MM-in İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planına həmin məsələ daxil edilib.
Dinləmədə Ermənistanın işğalı nəticəsində insan hüquqlarının pozulması məsələləri müzakirəyə çıxarılacaq. Həmçinin Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında müəyyən edilməsinin hüquqi mexanizmləri ilə bağlı müzakirələr aparılacaq.