Bakı doğumlu yəhudi politoloq vəfat edib
Arye Qut uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut vəfat edib. “Avronews” bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızına istinadən xəbər verir.
Onun sözlərinə görə, Qut uzun müddət sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb. A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.
O, Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir.
Arye Qut həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktoru idi.