Azərbaycan ilə Serbiya arasında readmissiya
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib
Azərbaycan ilə Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası həyata keçiriləcək. “Avronews” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.