Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində rəhbər dəyişikliyi
Ağdamdakı Mərkəzin Türkiyə kontingentinin rəhbəri dəyişib
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib. “Avronews” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.
Z.Həsənov A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.