BMT Azərbaycan sülhməramlısını mükafatlandırıb - FOTO
Hərbçimiz sülhün qorunmasında xidmətlərinə görə təltif olunub
BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib. “Avronews” xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.