İlham Əliyevdən iki həmkarına təbrik

İlham Əliyevdən iki həmkarına təbrik

Dövlət başçısı Almaniya və Koreyalı xalqlarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. “Avronews” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev Almaniyanın milli bayramı – Alman Birliyi Günü münasibətilə həmkarını və alman xalqını özünün və Azərbaycan xalqının adından təbrik edib.

Azərbaycan lideri Koreya Prezidenti Yun Sok Yola da təbrik məktubu ünvanlayıb. Məktubda Koreyanın milli bayramı münasibətilə təbrik və xoş arzular yer alıb.