Ölkə ərazisinə 18 sm hündürlüyündə qar yağıb
Xəzərdə dalğanın hündürlüyü 3.7 metrə çatıb, bəzi rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb
Yanvarın 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb. “Avronews” bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovaya istinadən xəbər verir.
Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm qeydə alınıb: “Düşən yağıntının miqdarı Lənkəran-Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub”.
“Şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb. Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib”, - deyə Məmmədova bildirib.