Müdafiə Nazirliyi: Yayılan məlumatı qəti surətdə təkzib edirik

Müdafiə Nazirliyi: Yayılan məlumatı qəti surətdə təkzib edirik

“Ermənistan ordusunun bölmələrinə atəş açılması ilə bağlı məlumat tam yalandır”

Azərbaycan Ordusunun bölmələri tərəfindən, guya, Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda vurğulanır.