Bəzi yollarda sürət həddi endirilib

Bəzi yollarda sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar diqqətli olun

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib. “Avronews” bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.