Beş gün ərzində 89 mina aşkarlanıb

Beş gün ərzində 89 mina aşkarlanıb

İşğaldan azad edilən bölgədə 381 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

“Avronews” həmin məlumata istinadən xəbər verir ki, oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 28 tank əleyhinə mina və 367 partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 381 hektar ərazi mina və PHS-lərdən təmizlənib.