Erməni silahlıları dinc dayanmır

Erməni silahlıları dinc dayanmır

Şuşa və Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Avronews” bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

MN bəyan edir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.