Kəlbəcər istiqaməti atəşə tutulub

Kəlbəcər istiqaməti atəşə tutulub

Hərbçilərimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Dekabrın 4-u saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.