Rusiyada azərbaycanlı güllələnib
Naməlum şəxs ona başından atəş açıb
Rusiyada (Leninqrad vilayəti, Vsevolojski rayonu, Murino bölgəsi) bir qafqazlı güllələnib. Yerli mətbuatın yazdığına görə, 52 yaşlı, Azərbaycan doğumlu şəxs alın nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə həkimlərə müraciət edib.
Yaralının sözlərinə görə, gecə saat 1 radələrində Sadovaya küçəsindəki 1-A evinin yaxınlığında naməlum şəxs onu başından güllələyib.
Xəstəxanadan gələn xəbərin ardından polis araşdırmalara başlayıb. Məlumata görə, qafqazlı Siverskidə qeydiyyatda olsa da, Murinoda yaşayır.
(konkretno.ru)